Hindistanda ildırım 22 nəfərin ölümünə səbəb olub.
KONKRET.az xəbər verir ki, Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Hökumət orqanları sakinlərə pis hava şəraiti ilə bağlı ehtiyatlı olmağı və təbii fəlakətin aradan qaldırılması təlimatlarına əməl etməyi tapşırıb.
Aynurə İsmayıl
KONKRET.az