Bu ölkədə yenidən karantin qaydaları tətbiq edildibackend

Bu ölkədə yenidən karantin qaydaları tətbiq edildi

Bolqarıstanda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar müvəqqəti karantin məhdudiyyətləri tətbiq edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstanın Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.

Məhdudiyyətlər oktyabrın 12-dən qüvvəyə minəcək.

Məlumata görə, tibb müəssisələrində maska ​​taxmaq, fiziki məsafə saxlamaq, dezinfeksiya və otaqların tez-tez havalandırılması məcburi olacaq. Xəstəliyin əlamətləri olanlar işə və ya dərslərə getməyə bilər.

Qeyd edək ki, 6,5 milyon əhalisi olan Bolqarıstanda son bir gündə 721 nəfər COVID-10-a yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*