Bu ölkədə yerli şirkətlərdə xarici vətəndaşların sayı azaldıbackend

Bu ölkədə yerli şirkətlərdə xarici vətəndaşların sayı azaldı

Ötən ilin sonunda Rusiyada yerli şirkətlərin direktorlar şurasında xarici vətəndaşların sayı 11,7%-ə qədər azalıb. Müqayisə üçün deyək ki, 2021-ci ildə bu rəqəm 30% təşkil edib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, ölkədə 2022-ci ildə xarici top-menecerlərin payı nəzərəçarpacaq dərəcədə azalaraq 14%-ə çatıb. 2023-cü ildə bu əcnəbilərin təxminən üçdəbiri Amerika və Aİ vətəndaşları olacaq.

Son bir ildə direktorlar şuralarında qadınların xüsusi çəkisi də təhlil edilib. Əgər bu il şuralarda qadın vətəndaşların sayı 14,8% idisə, 2022-ci ildə 11% olub. İdarə heyətində əcnəbilərin olduğu şirkətlərin 75%-nin başında ən azı bir qadın var. Belə şuralara qadınların rəhbərlik etdiyi hallar da var.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*