Bu şəxslərə veteran statusu verilmir – “Absurddur” – EKSPERTbackend

Bu şəxslərə veteran statusu verilmir – “Absurddur” – EKSPERT

Qanunvericilikdə qazi statusu yoxdur. Yalnız veteran, əlil və şəhid kateqoriyaları mövcuddur.

KONKRET.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev müharibə iştirakçılarının sahiblənə biləcəyi imtiyazlarından danışarkən söyləyib.

O, əlavə edir ki, qanunvericilik aktlarında bir yerdə belə qazi adı keçmir:

“Kimsə döyüşlərdə iştirak edib, salamat geri qayıdıbsa buna şükür etməliyik. O şəxslər veteran adlanır.

Veteranlar dövlətdən aldığı təzminata 80 manat müavinət, sanatoriya və müalicə xərcləri daxildir. 80 manat veteranlara ona görə verilir ki, kommunal xərclərini qarşılasınlar. II Qarabağ savaşından sonra bəzi adamlara veteranlıq verilməsi gecikir. Bununla bağlı narahatlıq var.

Medal alan şəxsin veteranlıq almaması absurdur. Adam medalı alıbsa, deməli bu 80 manatı da almalıdır.

Çünki, medal alması onun döyüşdə iştirakçı olmağını təsdiqləyir. Hətta veteran statusunu gec alsa belə, arada itən aylara görə də onlara müavinətlər verilməlidir”- deyə əlavə edib./bizimmedia/

  • RIZVAN
    Aprel 5, 2022 - 13:02

    MENE 80 AZN DUSMEYIB NIYE?

  • Cabir
    İyul 22, 2022 - 10:49

    Veteranliq vermiyibler niye??

  • İbrahim Nureddinov
    Oktyabr 4, 2022 - 19:27

    Mene vetranliq vermeyibler niye gore sebeb nedi he?

  • Memmedova Sevda
    Mart 19, 2024 - 14:16

    Salam Menim oğlum Abbasov Sehran sentyabr döyüşlərində yaralanıb 2ay Gence hospitalında yatıb Amma ona veteran statusu verilmir Çox xahiş edirəm bunu arasdirardiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*