Bu şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz – Əmək Məcəlləsi onları qoruyurbackend

Bu şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz – Əmək Məcəlləsi onları qoruyur

Əmək müqaviləsinə hansı hallarda xitam verilir və Əmək Məcəlləsinə əsasən hansı kateqoriyadan olan işçilərin əmək müqaviləsinə xitam verilə bilməz.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən ekspert Cəsur Fətəlizadə aşağıdakı şəxslərin əmək müqaviləsinin heç bir halda ləğv edilə bilməyəcəyini deyib:

“Hamilə qadınlar, 3 yaşına qədər uşağı olan qadınlar, 3 yaşına uşağı təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəbli yaşına qədər uşağı təkbaşına böyüdən işçilərin əmək müqaviləsinə xitam verilə bilməz”.

Cəsur Fətəlizadə əlavə edib ki, əmək qabiliyyətini müvəqqəti itirən (məsələn, qolu, qıçı sınmış və s.), o cümlədən, ailə üzvündən ömürlük əlil olan şəxslərin də əmək müqaviləsinə xitam verilə bilməz. Məsələn, işçinin qardaşının əqli çatışmazlığı varsa, bu şəxs sığortalanmış sayılır. Eləcə də şəkərli diabet xəstəsi də Məcəllənin bu üstünlüyündən istifadə edə bilər.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

  • Sevil
    Fevral 6, 2024 - 09:14

    Salam.mən leykoz xəstəsiyəm əliləm.bu mənə də şamil olunur ?

  • Afət
    Fevral 6, 2024 - 15:54

    Alman dili dərsi üçün müraciyət edirəm

  • Beyler
    Fevral 9, 2024 - 02:53

    Salam men DOST Merkezinden işden azad olunmuşam. Müeyyen sebeblerden ərizəm gecikdirildi ve bu sebepten iddiam temin olunmadı. Menim ömürlük II qrup ruhi xeste elil bacım ve ağır hereket eden 83 yaslı anam var. Onlar menimle yaşamırlar, amma onlara menden başqa kömek eden yoxdur. İşe qayıtmaq üçün apelyasıyaya bununla bağlı müraciet etmek olarmı? Netice ola bilermi veya müddet keçirse niye mehkemede iddia qebul olunur?

  • S
    İyun 18, 2025 - 18:44

    Salam.men 1 yaşlı uşaq anasıyam ve uşaq bağçasında çalışıram.Men atestasiyaya celb oluna bileremmi?eger eledirse atestasiyadan keçe bilmesem emek müqavileme xitam verile bilermi uşağın 3 yaşı tamam olana qeder?

Afət üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*