“Bu sualı Arayik Arutyunyana verin, mənə yox” – Vardanyan GİLEYLƏNDİbackend

"Bu sualı Arayik Arutyunyana verin, mənə yox" - Vardanyan GİLEYLƏNDİ

Ruben Vardanyan Arayik Arutyunyandan gileylənib.

KONKRET.az xəbər verir ki, Ermənistanın RTVI kanalına müsahibəsində Ruben Vardanyan “vəzifə”sinin heç 6 ayı tamam olmamış qovulmasından danışıb.

Müxbirin “istefa vermək qərarınızın səbəbləri nələrdir?” sualına Vardanyan belə cavab verib:

“Bu sualı mənə yox, “prezident” Arayik Arutyunyana verin”.

Yerini isitməmiş soyudan oliqarx Qarabağ üçün “can qoyduğunu, sonunda isə qədrinin bilinməməsindən” şikayətlənib.

“Mən Qarabağa köçdüm və çoxlu sayda layihələr həyata keçirdim. Fəaliyyət sahəsi böyükdür. Məni anlayanlar çoxdur, anlamayanlar da var.

Bu yol çox uzundur, bəlkə də onilliklər davam edəcək. Amma əsas məqsəd dəyişməyib və dəyişməyəcək. Qarabağ “müstəqil dövlət” kimi tanınana qədər, düşünürəm ki, mübarizəmiz dayanmayacaq.

Mən öz işimi vətənimin xilası üçün kömək edən, problemləri həll edən bir vətəndaş və hərbçi kimi qəbul etdim.

Lazım olan yerə, ən çətin dövr olduğu yerə getdim, bacardığım qədər kömək etməyə çalışdım. Buna görə də son 112 gün ərzində mənim təcrübəm haqqında bir az fərqli qavrayış var. Ümumiyyətlə, mən bunu siyasi yox, çox çətin vəziyyətdə məsuliyyət daşıyan, qərarlar qəbul edən bir insan kimi qəbul edirəm.

Mən böyük bir məsuliyyət götürdüm. Bundan qorxmuram və məsuliyyəti öz üzərimə götürməyə davam etməyə hazıram. Qoy xalq ən çətin vəziyyətdə belə görsün ki, kim məsuliyyəti öz üzərinə götürməyə hazırdır, kim buna düzgün yanaşmağa hazırdır, kim hazır deyil. Hesab edirəm ki, fəaliyyətimə verilən ən yaxşı qiymət insanların mənə olan münasibətidir”, – Vardanyan giley-güzar edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*