Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Bildirilib ki, “milli” statusu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına Nazirlər Kabineti tərəfindən verilib.
“Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq”, – deyə məlumatda deyilir.