Bu vaksindən istifadəyə fasilə verilir – Birgə bəyanatbackend

Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat

Birləşmiş Ştatlarda Johnson & Johnson şirkətinin COVID-19-a qarşı birdozalı vaksininin vurulmasına fasilə verilib. 

KONKRET.az xəbər verir ki, belə bir tövsiyə ilə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Ərzaq və Dərman Administrasiyası (FDA) çıxış edib. Şirkət potensial qan laxtalanması hallarını tədqiq edir. “Aşırı ehtiyatlılıq səbəbindən vaksindən istifadədə fasilə tövsiyə edirik”, – qurumlar aprelin 13-də birgə bəyanatda deyirlər.

Altı qadında vaksin vurulandan sonra qan laxtalanması, eləcə də trombositlərin sayının azalması müşahidə olunduğundan ABŞ rəsmiləri təhqiqat başladıb.

CDC bildirib ki, aprelin 14-də İmmunlaşdırma üzrə Məşvərət Komitəsinin iclasında bu hallar nəzərdən keçirilərək potensial əhəmiyyəti dəyərləndiriləcək. FDA da həmin analizi nəzərdən keçirəcəyini bildirib. “Proses tamamlanana qədər bu fasiləni tövsiyə edirik”, – birgə bəyanatda deyilir.

İndiyədək Birləşmiş Ştatlarda 6.8 milyon dozadan çox Johnson & Johnson vaksini vurulub. yenisabah.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*