Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sürücülərin NƏZƏRİNƏ!backend

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ!

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən KONKRET.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*