İsrailin müdafiə naziri Yoav Qalant ölkənin cənubuna səfər edib və Qəzza sərhədində xidmət edən əsgərlərlə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Time of İsrael” nəşri məlumat yayıb.
“Biz ilk növbədə diqqətimizi HƏMAS-ı məğlub etməyə yönəldirik. Mən müdafiə quruluşuna cavabdehəm. Son iki həftədə, hətta çətin hadisələrdə belə buna görə məsuliyyət daşıyırdım və döyüşdə qələbəyə çatmaq üçün məsuliyyət daşıyıram”, – deyə Qalant Qəzza sərhədi yaxınlığındakı hərbi toplantı meydanında mətbuata bildirib.
