“Bunu Türkiyə ilə danışmaq lazımdır” – Ekspertdən təklifbackend

“Bunu Türkiyə ilə danışmaq lazımdır” – Ekspertdən təklif

“Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır”.

KONKRET.az Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İllərdir deyirəm ki, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır. Bunu belə əsaslandırırdım ki, Dağlıq Qarabağda müharibə başlasa, Azərbaycanın qalan hissəsi Türkiyənin təhlükəsizlik təminatı altında olsun.

Necə ki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Türkiyənin Gəncədə hərbi bazası olsaydı, düşmən ölkə ikinci böyük şəhərimizi raket atəşinə tuta bilərdimi? Ermənistan bunu etsəydi, artıq qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görərdi. İndi də gec deyil, Türkiyə ilə hərbi bazaların yerləşdirilməsi ilə bağlı danışıqlara başlanılması zərurətdir”, – ekspert bildirib.

  • Xaliq
    Oktyabr 11, 2020 - 21:27

    Türkiyə ilə Pakistan qoşunları təcili Azərbaycanda yerləşdirilməlidir.
    Çünki şimaldan Rusiya cənubdan İran ermənistana hər vəchlə kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*