Son iki istilik elektrik stansiyasının bağlanmasından sonra bütün Livan işıqsız qalıb.
KONKRET.az xəbər verir ki, stansiyanın bağlanmasına səbəb borcların ödənilməməsi olib. Bu barədə “Électricité du Liban” şirkəti məlumat yayıb.
Ölkənin qaranlığa qərq olması səbəbindən su nasos stansiyaları və müxtəlif infrastruktur obyektləri sıradan çıxıb. Şirkət problemi həll etmək cəhdlərinə baxmayaraq, vəziyyətə nəzarət etmədiklərini bildirib.
Sevinc Paşayeva,
KONKRET.az
