Bütün qitəyə xəbərdarlıq edildi: Müharibəyə hazır olunbackend

Bütün qitəyə xəbərdarlıq edildi: Müharibəyə hazır olun

“Avropa yüksək intensivlikli müharibəyə hazır olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Fransanın Silahlı Qüvvələr naziri Katrin Votren deyib.

“Avropa qitəsində müharibə başlanan andan etibarən yüksək intensivlikli müharibəyə hazırlaşmalı olduğumuz məsələsi gündəmdədir”, – o bildirib.

Votrenin fikrincə, belə bir müharibəyə hazırlıq onu qarşısını almağın ən yaxşı yoludur: “Hazırda məhz bununla məşğuluq”.

Hərbi nazir qeyd edib ki, Fransa ordusunun tam döyüş hazırlığı vəziyyətində saxlanılmasını təmin edir: “Hörmət qazanmaq üçün qorxu yaratmaq lazımdır”.

(teleqraf)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*