“Çadır şəhərciyi müxalifətin başağrısına çevrilib” – Badalyanbackend

"Çadır şəhərciyi müxalifətin başağrısına çevrilib" - Badalyan

“Çadır şəhərciyinin sökülməsi müxalifətin məğlub olması deməkdir”.

KONKRET.az xəbər verir ki, bunu siyasi strateq Armen Badalyan deyib. O bildirib ki, hakimiyyət tərəfindən çadır şəhərciyinin sökülməsi müxalifətin məğlub olması deməkdir.

Bu gün əsas məsələ İrəvanın Fransa meydanında qurulan çadır şəhərciyidir. Şəhərcik indi hakimiyyətin yox, müxalifətin başağrısına çevrilib. Çünki müxalifət özü çadırları sökməyə başlasa, bu, onların məğlubiyyətlərini etiraf etmələri demək olar. Hakimiyyət tərəfindən çadır şəhərciyinin sökülməsi həm də müxalifətin məğlub olması deməkdir.

“Çadır şəhərciyi güc nümayişinin simvoludur. Müxalifət hakimiyyəti paytaxtın mərkəzindəki çadır şəhərciyi ilə barışmağa məcbur edə bildi. Amma indi hərəkat gündəmi diktə edən çadır şəhərciyinin girovuna çevrilib. Müxalifət hesab edir ki, çadır şəhərciyini söksələr, bu, zəiflik əlaməti kimi görünəcək. Amma əslində çadırlardan qurtulmağın yolunu tapmalıdırlar. Məqsəd çadır şəhərciyini saxlamaq deyil, məqsəd hakimiyyət dəyişikliyidir. İndiki vəziyyətdə hərəkat şəhərciyin girovuna çevrilib”, – Badalyan deyib.

Onun sözlərinə görə, müxalifət özü ağlabatan izahat verərək çadır şəhərciyini yığışdırsa, qalib çıxacaq, amma hakimiyyət bunu etsə, müxalifət itirəcək.

“Etiraz hərəkatının koordinatorları taktiki səhvlərə yol verib, mayın 4-dən 5-dək müxalifətin hərəkətləri ətalətlə hərəkət edib. Əvvəlcə hərəkatın şüarı “Oyan, Lao” (vətənpərvərlik mahnısından sözlər) idi. Mayın 4-5-nə kimi demək olar ki, müxalifət Laonu “oyatmağa” nail oldu, amma alınmadı, daha heç hansı bir tədbir görülmədi”, – Badalyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*