Ekvadorda bir qrup silahlı şəxs televiziya kanalının canlı yayımına basqın edərək jurnalistləri girov götürüb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvadorda yayımlanan “TC” televiziya kanalına silahlı və maskalı bir qrup şəxs basqın edib.
Silahlı şəxslərin televiziya kanalının əməkdaşlarını yıxaraq döydüyü görüntülər kameralara anbaan yansıyıb. Kadrlarda güllə və qışqırıq səsləri eşidilib.
Hadisənin ölkənin ən böyük narkotik şəbəkəsinin liderlərindən biri olan Adolfo Macias Villamar ilə bağlılığı olduğu bildirilib.
Belə ki, o bir müddət əvvəl Ekvadorda təcrid oldunduğu həbsxanadan yoxa çıxıb. Bundan sonra ölkədə 60 günlük fövqəladə vəziyyət (OHAL) elan edilib.
Ölkə mətbuatının yazdığına görə, fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polis əməkdaşını qaçıraraq onların maşınlarını yandırıblar.
Qeyd edək ki, həbsdən qaçan Macias 2011-ci ildə qətl və narkotik ticarəti də daxil olmaqla müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib.
