“Cashback”dən danışan axund İŞDƏN QOVULDU – VİDEObackend

"Cashback"dən danışan axund İŞDƏN QOVULDU - VİDEO

Ötən gün sosial şəbəkələrdə Daşkənddəki “İmam Termizi” məscidinin imam-xətibi İsakjon Beqmatovun çıxışı ilə bağlı video yayılıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, imam vergilər və “cashback” proqramlarından istifadə haqqında danışıb.

Qeyd edək ki, onun bu çıxışı böyük əks-səda doğurub.

İmamın sözlərinə görə, “cashback”in qaytarılmasını tələb edən qanunu qəbul edənlər mağaza sahiblərini incidir, çünki onlar nə qədər çox mal satsalar, kassadan bir o qədər çox vergi ödəyirlər. Nəticədə sahibkarlar itki ilə üzləşir.

Müsəlmanlar İdarəsi bu açıqlamaya reaksiya verərək bildirib ki, imamın çıxışı təşkilatın mövqeyini əks etdirmir, bu, onun şəxsi fikridir:

“Bu fəaliyyət növü Özbəkistan Müsəlmanları İdarəsi tərəfindən ətraflı araşdırılıb. “Cashback” müraciətləri ilə alınan vəsaitlərin və ya bonusların məqbul olmasına dair iki dəfə fətvalar verilib. Sənədlərdə imamların mövcud qanunvericiliyin tələblərinə əməl etmələri, vəzifələrini yerinə yetirmələri və mübahisəli çıxışlar etməmələri nəzərdə tutulub”.

İdarədən onu da əlavə ediblər ki, Beqmatovdan mübahisəli çıxışlar etməməsi dəfələrlə tələb olunub:

“Müsəlmanlar İdarəsinin Daxili Nəzarət Komissiyasının qərarına əsasən İsakjon Beqmatov Daşkənddəki “İmam Termizi” məscidinin imam-xətibi vəzifəsindən azad edilib”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*