Cavanşir Məmmədov: “Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar”backend

Cavanşir Məmmədov: "Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar"

Əməkdar artist Cavanşir Məmmədov sensasiya sayılacaq açıqlamalar verib. Bu gün “Xəzər” TV-də “Qonaq var” verilişində müsafir olan ifaçı bir çox sirlərin üstündəki pərdəni götürüb.

KONKRET.az xəbər verir ki, Cavanşir Məmmədov xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, qocaman müğənni Əli Mirəliyev və digər sənət adamları haqda şok sayılacaq açıqlamalar verib. Onun uzun illər konfliktdə olan, dəfələrlə bir-birlərinin ünvanına təhqirlər yağdıran, Flora Kərimova və İlhamə Quliyeva haqda dedikləri isə tamaşaçıların təəccübünə səbəb olub. Əməkdar artistin sözlərinə görə, Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar.

“Flora Kərimova mənim bibim qızıdır. Biz yaxın qohum, ailəvi dostuq. İlhamə Quliyeva ilə işlədiyimi Flora xanım da bilirdi. Amma buna görə heç vaxt mənə irad tutmayıb. Əksinə, həmişə arxada İlhamə Quliyevanı tərifləyib. Flora xanım dəfələrlə mənim yanımda deyib ki, İlhamə istedadlı müğənnidir, onun gözəl səsi var. Hər ikisi böyük sənətkardır”, – deyə Cavanşir Məmmədov sözlərini tamamlayıb./pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*