“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.
KONKRET.az apasport-a istinadən xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Hüseynov bu posta noyabrın 12-də təyin edilmişdi.