Paşinyanın KƏŞFİ: Makron “Cənubi Qafqazda sülhün memarı”dır?backend

Paşinyanın KƏŞFİ: Makron “Cənubi Qafqazda sülhün memarı”dır?

“Bu gün Ermənistan üçün əsas xəbər regionda sülhün bərqərar olmasıdır. Bu sülhün arxitekturası Alma-Ata Bəyannaməsinə, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınmasına əsaslanır. Azərbaycanla paraflanmış sazişin də əsasında məhz bu prinsip dayanır. Bu arxitekturanın qurulmasında Prezident Makronun rolu əsasdır. Makron ardıcıllığı, çevikliyi və xüsusi diplomatik bacarıqları sayəsində bizimlə Azərbaycan arasında razılaşmanın əldə olunmasına nail ola bilib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalı dövründə Fransa, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədri kimi, uzun illər Ermənistana siyasi dəstək verən ölkələrdən biri kimi çıxış edib. Azərbaycan cəmiyyətində və siyasi dairələrində Fransanın bu mövqeyi işğal olunmuş ərazilərin qaytarılması prosesinə mane olan amillərdən biri kimi qiymətləndirilib.

İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı üç il ərzində də Fransa rəsmilərinin Qarabağa qanunsuz səfərləri, Emmanuel Makron və digər fransalı siyasətçilərin Azərbaycanla bağlı səsləndirdiyi təhqiramiz və birtərəfli ifadələr Bakıda sülh prosesinə zidd davranış kimi qəbul olunub.

Bu baxımdan Paşinyanın Makronu Cənubi Qafqazda sülh arxitekturasının əsas fiqurlarından biri kimi təqdim etməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır.

Paşinyana və onun İrəvanda gün ərzində bir neçə kərə qucaqlaşdığı Makrona xatırladırıq ki, Cənubi Qafqazda sülhün memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*