Nizami rayonu Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri bazarında sürücüdən 50 qəpik əvəzinə 5 manat ödəniş tələb edilib.
KONKRET.az xəbər verir ki, bəzi sürücülər iddia edirlər ki, bu onların başına da gəlir.
Bazar əməkdaşının sözlərinə görə, alış-veriş üçün gələn şəxslərdən 50 qəpik, burada mağazası olub limitsiz gedib-gələn şəxslərdən isə 5 manat alınır:
“Əgər hansısa sürücüdən qanunsuz ödəniş tələb edilibsə, geri qaytarılacaq. Məsələ araşdırılacaq”.
