Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
Daha sonra XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
