“Çeçenistanda hava hücumundan müdafiə bazaları yerləşdirməyə ehtiyac var”.
KONKRET.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O hesab edir ki, respublikada hava hücumundan müdafiə bazaları yerləşdirmək lazımdır.
“Müasir şəraitdə Rusiyanın yeni strateji hərbi həll yollarına ehtiyacı var. Bu baxımdan, çoxlu dəyişikliklər edilməlidir. İlk növbədə, mən hesab edirəm ki, Çeçenistan respublikasının dağlarında, Rusiyanın cənub sərhədlərində hava hücumundan müdafiə sistemlərinə həmişəkindən daha çox tələbat var. Baza Şali bölgəsindəki tank bölməsinin yerində yerləşdirilə bilər”, – deyə Kadırov telegram kanalında yazıb.
O əlavə edib ki, qabaqlayıcı taktiki tədbirlərə ehtiyac var, çünki düşməndən hər şey gözləmək olar.
Hazırda çeçenləri bir sual düşündürür: “Çeçenistana kim hücum edəcək?”
Xuraman Etibarlı,
KONKRET.az
