Cənubi Azərbaycanda milli rəqs məktəbi BAĞLANDI – FOTObackend

Cənubi Azərbaycanda milli rəqs məktəbi BAĞLANDI - FOTO

 İranda Azərbaycan mədəniyyətinə qarşı ayrı-seçkilik siyasəti davam edir.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində “Göylər” Azərbaycan milli rəqs məktəbi bağlanıb.

Bildirilib ki, Azərbaycan rəqs məktəbinin bağlanması Mehdi Babazadənin oxuduğu “Canan” Azərbaycan mahnısının klipində bir neçə azyaşlı uşağın rəqs etməsi ilə bağlı olub.

Məlumata görə, məhkəmə işçiləri klipin yayılmasından sonra rəqs məktəbinə gəlib. Onlar müəllim və şagirdləri oradan çıxararaq məktəbin qapısını plomblayıblar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*