Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Yapon və Sarı dənizdə təlimlərə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, üç günlük təlimlər çərşənbə axşamı başlayıb və ölkənin qərb, şərq və cənub sularında keçirilir.
Təlimlərə 30-a yaxın gəmi, eləcə də təyyarələr cəlb olunub.