Cənubi Koreya rus qırıcılarına görə təyyarələrini qaldırdıbackend

Cənubi Koreya rus qırıcılarına görə təyyarələrini qaldırdı

Yapon dənizi bölgəsində Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildirilib.

Təyyarələr yerli vaxtla saat 09:20 radələrində zonaya daxil olub və daha sonra oradan çıxıb. Ölkənin hava məkanı pozulmayıb. Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyəti olmadığını bildirib. Cənubi Koreya tərəfi buna cavab olaraq öz qırıcı təyyarələrini havaya qaldırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*