Cənubi Koreyaya sığınan Şimali Koreyanın 200 hərbçisi Ukraynaya göndərilə bilərbackend

Cənubi Koreyaya sığınan Şimali Koreyanın 200 hərbçisi Ukraynaya göndərilə bilər

Şimali Koreya əsilli qaçqınlar Ukraynaya köməyə getməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bunu Çinin “South China Morning Post” qəzeti yazıb. Çin nəşri əlavə edib ki, Cənubi Koreyada yaşayan 200-ə yaxın Şimali Koreyalı qaçqın Rusiyada olduğu iddia edilən keçmiş yoldaşlarına qarşı psixoloji müharibə aparmaq məqsədilə Ukraynaya getmək istəyir.

Materialda qeyd edilir ki, qrup yeddi ildən on ilədək hərbi təcrübəsi olan keçmiş əsgərlərdən ibarətdir. Onlar Şimali Koreya silahlı qüvvələri haqqında biliklərdən KXDR ordusunu ruhdan salmaq üçün istifadə edəcəklər:

“Biz psixoloji müharibəyə hazırıq və  agentlər kimi  üzərimizə düşən çətinliklərdən xəbərdarıq”. Şimali Koreyalı qaçqınların hazırladıqları vərəqələrdə belə yazılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*