Çexiya FTX rəsmisinə sanksiya tətbiq etdi – Britaniya, Kanada və ABŞ-ın qara siyahısına düşən Obnosov kimdir?backend

Çexiya FTX rəsmisinə sanksiya tətbiq etdi - Britaniya, Kanada və ABŞ-ın qara siyahısına düşən Obnosov kimdir?

Çexiya hökuməti Rusiyanın Taktik Raket Korporasiyasının baş direktoru Boris Obnosovu, onun qızı Olqa və yeznəsi Rostislav Zorikovu sanksiya siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, “iRozhlas” nəşri bunu Korrupsiyaya Qarşı Mübarizə Fondunun may ayında apardığı araşdırma ilə əlaqələndirib.

Qeyd olunub ki, Zorikovun Praqada on milyonlarla çex kronu dəyərində daşınmaz əmlakları var.

Məlumata görə, onların Çexiya ərazisinə girişi qadağan edilib və bu ölkədə sahib olduqları bütün əmlakları dondurulub.

Bildirilib ki, Rostislav Zorikovun 2020-ci ilin iyun ayından Çexiyada daimi yaşamaq icazəsi var.

İyulun sonunda ölkənin daxili işlər naziri Vit Rakuşan bildirib ki, XİN başçısı Yan Lipavski ilə birlikdə korporasiya rəhbəri və onun qohumlarının sanksiyalar siyahısına salınması imkanlarını öyrənir.

Məlumata görə, hazırda Çexiyanın sanksiya siyahısında altı ad var. Buraya Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, habelə iş adamı Vladimir Yevtuşenkov (“AFK Sistema”nın təsisçisi) və oğlu Feliks daxildir.

Qeyd edək ki, Boris Obnosov, eləcə də onun idarə etdiyi korporasiya bir neçə ölkənin, o cümlədən Böyük Britaniya, Kanada və ABŞ-ın sanksiya siyahısına daxil edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*