Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidi qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Mlumatda bildirilir ki, tərəflər arasında geniş tərkibli görüş keçirilib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycanın xarici işlər nazirinin dəvətilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdədir.
