Cill Bayden Ukraynaya səfərinin məqsədini açıqladı – FOTObackend

Cill Bayden Ukraynaya səfərinin məqsədini açıqladı - FOTO

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya səfərinin məqsədini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu Analar Günündə mən ukraynalı anaların və onların uşaqlarının yanında olmaq istədim.

Son bir neçə ay ərzində həddən artıq çox ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb və onlar öz yaxınlarından uzaq düşməyə məcbur olub”, – C.Bayden bildirib.

O, Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya ilə fotosunu paylaşaraq, dəstəyini ifadə edib:

“Bu Analar Günündə ürəyim sizinlə – birinci xanım Yelena Zelenskaya və Ukraynanın bütün cəsur və dözümlü anaları ilədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*