Rusiya müharibənin 1706-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 271 778 PUA-sı, 672 zenit-raket kompleksi, 31 406 tank və digər zirehli texnikası, 1 792 reaktiv yaylım atəş sistemi, 36 815 artilleriya və minaatanı, 75 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
