Bu qadınlar hər ay müavinət ala bilər – Çoxu xəbərsizdirbackend

Bu qadınlar hər ay müavinət ala bilər - Çoxu xəbərsizdir

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara müəyyən şərtlər daxilində aylıq sosial müavinət verilir. Müavinət hüququ altıncı uşağın bir yaşına çatdığı vaxt yaranır və uşaqların sağ olması şərti ilə hər bir uşaq üçün müəyyən edilmiş məbləğdə ödənilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Ödəniş plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir.

Qeyd olunub ki, müavinəti alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə ödəniş dayandırılır.

Əlavə məlumat əldə etmək istəyən vətəndaşlar DSMF-nin 142 Çağrı Mərkəzinə zəng edə və ya fondun rəsmi sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*