Cinayət haqqında reportaj hazırlayan jurnalistlər QARƏT EDİLDİbackend

Cinayət haqqında reportaj hazırlayan jurnalistlər QARƏT EDİLDİ

ABŞ-ın SanFransisko şəhərində artan cinayət problemini işıqlandırmaq üçün şəhərə gələn “CNN” telekanalının çəkiliş qrupu qarət edilib.

KONKRET.az Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə telekanalın müxbiri Kyunq La öz tvitter hesabında yazıb.

Müxbir avtomobilinin sınmış arxa şüşəsinin bir neçə foto və videosunu yayımlayıb.

Jurnalistin sözlərinə görə, CNN prodüseri ilə müsahibə üçün meriyaya gələrkən oğrular onların icarəyə götürdüyü avtomobili qarət edib.

O qeyd edib ki, mühafizəçilər avtomobildən əşyaların oğurlamasına mane ola bilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*