Zelenski: “Müharibənin taleyini göydəki döyüş həll edəcək”backend

Zelenski: "Müharibənin taleyini göydəki döyüş həll edəcək"

Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a verdiyi müsahibədə Rusiya ilə müharibənin yeni mərhələyə qədəm qoyduğunu və münaqişənin gələcək nəticəsinin hava məkanında müəyyənləşəcəyini bəyan edib. Ukrayna lideri artıq quruda düşmənin irəliləyişinin dayandırıldığını və Rusiya donanmasının dənizdəki üstünlüyünün əlindən alındığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, Zelenski qeyd edib ki, bu şəraitdə əsas meydan artıq hava məkanıdır və bu mübarizədə kimin daha böyük əraziyə sahib olmasının o qədər də əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Ukrayna artıq hava məkanında rəqabətə qadir bir gücə çevrilib.

Prezident müharibənin dörd ildən çox davam edən yorucu mübarizədən sonra yeni bir fazaya daxil olduğunu bildirib. Onun fikrincə, Ukraynanın uzunmüddətli zərbə endirə bilən pilotsuz uçuş aparatları istehsal edib geniş miqyasda tətbiq etməsi münaqişənin gedişatını kökündən dəyişib. Bununla belə, Zelenski hava hücumundan müdafiə sistemlərinin, xüsusilə ballistik raketlərə qarşı müdafiənin hələ də kritik bir zəiflik olduğunu etiraf edib və bu sahədə ciddi boşluqların qaldığını vurğulayıb.

Prezident sonda bildirib ki, Moskvanın və digər şəhərlərin PUA-larla mütəmadi olaraq hədəfə alınması həm psixoloji, həm də iqtisadi təsir göstərir. O, bu təzyiqlərin sonda Rusiya rəhbərliyinin hesablamalarını dəyişməyə məcbur edəcəyini proqnozlaşdırıb. Qeyd edək ki, müsahibə iyulun 6-da, Kiyevə endirilən kütləvi raket hücumlarından bir neçə saat sonra və Türkiyədə keçiriləcək NATO sammiti ərəfəsində verilib. Zelenski sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcək və tərəfdaşlarını Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün daha qətiyyətli addımlar atmağa çağıracaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*