Ukrayna helikopteri qəzaya uğradı – ÖLƏNLƏR VARbackend

Ukrayna helikopteri qəzaya uğradı - ÖLƏNLƏR VAR

Rusiyanın pilotsuz uçuş aparatlarının qarşısının alınması üzrə döyüş tapşırığını yerinə yetirən “Mi-8” helikopteri qəzaya uğrayıb.

KONKRET.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 16-cı əlahiddə “Brodi” briqadasının dörd hərbi qulluqçusu həlak olub.

Faciə nəticəsində heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqa dünyasını dəyişib. Onların hər biri ordu aviasiyasının “Brodi” briqadasının peşəkar hərbçiləri olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*