Çinin cənubunda yerləşən Quiçjou əyalətində çay gəmisinin aşması nəticəsində səkkiz nəfər həlak olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün Pekin vaxtı ilə saat 09:30 radələrində Pinçjen çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.
Həkimlər qəzadan sağ çıxan beş nəfərin vəziyyətini sabit qiymətləndirirlər. Araşdırma aparılır.