Çində hovuza xlor qazının sızması nəticəsində 61 nəfər zəhərlənibbackend

Çində hovuza xlor qazının sızması nəticəsində 61 nəfər zəhərlənib

Pekinin cənub-qərbində hovuzların birində xlor qazının sızması nəticəsində 61 nəfər xəstəxanaya müraciət etməli olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fanşan rayon rəhbərliyinin açıqlamasında deyilir.

Bildirilir ki, insident yerli vaxtla saat 19:00-da Fanşan rayonunun “Juylay” hovuzda qeydə alınıb. Belə ki, hovuza gələnlərdə bir müddətdən sonra başgicəllənməsi və ürəkbulanması halları müşahidə edilib.

Bundan sonra bütün ziyarətçilər təcili təxliyyə olunub, zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıb. Şənbə günü səhər saat 9:00-a olan məlumata görə, xəstəxanalarda 38 nəfər saxlanılıb, digər 23 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda xüsusi təhqiqat komissiyası sızıntının səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*