ÇL: “Araz-Naxçıvan” Almaniya çempionunu darmadağın etdibackend

ÇL: “Araz-Naxçıvan” Almaniya çempionunu darmadağın etdi

UEFA Çempionlar Liqasında iştirak edən “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib. 

KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi Almaniya çempionu “Yahn Regensburq”la üz-üzə gəlib. Matç “Araz-Naxçıvan”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli”yə 9:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan klubu qrupda son oyununu avqustun 26-da meydan sahibi “Riqa”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

24 avqust

15:00. “Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” – 0:5 

Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13

Salaspils. Salaspils İdman Arenası.

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*