Dünyada 20 025 784 nəfər koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, bu virusdan 734 012 xəstə ölüb, 12 900 317 nəfər isə sağalıb.
Koronavirusa yoluxma ən çox ABŞ (5 199 444 nəfər), Braziliya (3 035 582 nəfər) və Hindistanda (2 215 074 nəfər) müşahidə olunur.
Rusiya 887 536 yoluxma ilə dünya ölkələri arasında dördüncüdür.
İranda 326 712, Türkiyədə 240 804, Ermənistanda 40 410, Gürcüstanda 1 225 nəfərdə koronavirus qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 33 568 nəfərin 30 364 nəfəri sağalıb, 490-ı ölüb.