COVID-19-dan sağalanlar da vaksinin ikinci dozasını vurdurmalıdır?backend

COVID-19-dan sağalanlar da vaksinin ikinci dozasını vurdurmalıdır?

Koronavirusdan sağalmış şəxslərdə artıq birinci doza vaksindən sonra yetərli miqdarda anticisim formalaşır.

KONKRET.az “The Wall Street Journal”a istinadən məlumat verir ki, bu faktdan sonra elm adamları qənaətə gəliblər ki, sözügedən şəxslərin ikinci dəfə COVID-19 peyvəndi vurdurmasına ehtiyac qalmır.

Tədqiqat Merilend Universitetin Tibbi məktəbində aparılıb.

Təcrübədə 59 səhiyyə işçisi iştirak edib.

Məlum olub ki, koronavirusdan sağalmış 42 səhiyyə işçisində artıq birinci doza vaksindən sonra kifayət qədər anticisim yaranıb və onların ikinci dəfə vaksinasiyadan keçməsinə ehtiyac qalmayıb.

19 nəfər infeksiyaya yoluxmamış səhiyyə işçisində isə daha zəif immun reaksiyasının yarandığı müşahidə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*