Zəlzələlərdən zərər çəkən Hatayın Antakya rayonunda dağıntılar altında qalan inək 17 gündən sonra xilas edilib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, epidemiya riskinin aradan qaldırılması üçün xilasedici qruplar dağılmış evlərin altındakı tövlələrdə tələf olan heyvanların çıxarılaraq basdırılması istiqamətində aparılan işlərə dəstək verir.
Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən bölgəyə göndərilən baytar inəyi müayinə edib.
Baytarlıq nəzarətində inəyə yem və su verilib.

İqbal Rzayev,
KONKRET.az
