“Noyabrın 10-da qəbul olunmuş üçtərəfli bəyanatın şərtləri pozularsa, Azərbaycan yenidən hərbi yolla öz torpaqlarını işğaldan azad edə bilər”.
Bu fikirləri KONKRET.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri qeyd edib ki, bu günə kimi Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs asanlıqla pozulub: “Lakin hazırda bölgəyə Rusiya və Türkiyə də nəzarət edir və əgər Ermənistan atəşkəsi pozarsa, bu iki ölkə də münaqişəyə cəlb olunacaq. Bununla da müharibənin miqyası genişlənəcək. Ermənilər tarix boyu heç bir qanuna əməl etməyən vəhşi xalq olublar. Onlar Kəlbəcərdə və Ağdamda növbəti vəhşiliklərə imza atırlar. Ermənilərin tarixi ancaq vəhşilikdən ibarətdir. Hansı ölkədə yaşayıblarsa, həmin xalqlara xəyanət edib, müxtəlif oyunlar oynayıb, tələlər qurublar”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycan bütün erməni vəhşiliklərini sənədləşdirməlidir: “Erməni vandalizmi haqqında sübutlar beynəlxalq məhkəmələrə, müvafiq təşkilatlara təqdim edilməlidir. Rusiyanın bölgəyə gəlməsi ilə böyük təxribatlar da ola bilər. Onlar özlərinə qarşı müxtəlif təxribatlar törədib ənənəvi addımlar ata bilərlər. Ona görə də həddən artıq ehtiyatlı olmalıyıq. Düzdür, türk qoşunlarının olması ilə vəziyyət bir qədər neytrallaşsa da, biz buna arxayın olmamalı, Rusiyanın daha dişli oyunlar oynama ehtimalını düşünməli və ayıq-sayıqlığımızı itirməməliyik”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
