Daha 175 vətəndaşımız Gürcüstandan təxliyə ediləcəkbackend

Daha 175 vətəndaşımız Gürcüstandan təxliyə ediləcək

Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.

KONKRET.az xəbər verir ki, vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub.

Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib.

Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır.

Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Ölkə ərasisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*