Daha 30 min nəfər üçün birdəfəlik vəsait köçürüldübackend

Daha 30 min nəfər üçün birdəfəlik vəsait köçürüldü

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürüldü.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.

ƏƏSMN tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Birdəfəlik ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

 

  • Emin Ələkbərov
    Aprel 23, 2020 - 13:03

    salam mən aprelin 10 qeydiyatdan gecdim mənə mesaj geldi 22 aprelde sizin issiz kimi qeydiyata alinmaqdan imtina edilmisdir neye gore bilmey isdiyirem 2018 mesquluq merkezinde qeydiyatdayam

  • Yeganə
    Aprel 23, 2020 - 21:42

    Mən aprelin 10da qeydiystdan kecdim mənə hələ mesaj gəlmiyib sizcə mənə esemes gələcəy?

  • Turkan
    Aprel 28, 2020 - 11:02

    salam məndə 190 zenden ötəri qeydiyyat olmuşam amma mənə cvb smsi gəlməyib.bes mən hara müraciət edim xais edirəm mənə də ya imtina yada yaxşı cvb yollasinlar

  • Behruz
    Aprel 28, 2020 - 17:35

    Salam mende Ayın 15i qeydiyyatdan kecmiwem qeydiyyatdan geç bir SMS ala bilmirem. 142qaynar xettLe bele elage saxlaya bilmirem. Bilmem isteyirem 190manat Duwecek ya yox?

  • Qocayeva Reqsane Rauf qizi
    Aprel 29, 2020 - 15:42

    Salam men aprelin 9 da qeydiyyatdan kecmisem hec bir cavab gelmir

  • Efsanə
    May 4, 2020 - 17:49

    Salam men qeydiyatdan kecmiwem ama mene mesaj gelib ki sizin durumunuz azteminatliliq meyarina uygun olmadihi ucun 190 manati ala bilmezsiniz hec bir yerden gelirim yoxdu azyasli usagi tek boyudurem .Zehmet olmasa deye bilersiz mene niye bu cur mesaj gelib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*