Daha 6 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildibackend

Daha 6 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından KONKRET.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil vermişdir. Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir.

Cəsədlərin ərazidə axtarışı davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*