Qazaxıstanın paytaxtı Astanada fırıldaqçılığın daha bir növü müəyyən edilib.
KONKRET.az xəbər verir ki, 17 yaşlı astanalı sadə bir oyun icad edib. Həmin oyuna görə, kim onun hesabına daha çox pul göndərsə, qalib elan edərək finalçını mükafatlandıracaq.
Təbii ki, fırıldaqçının toruna xeyli adam düşüb. Qalibin olmadığı oyunda 500 min təngə – 1000 dollardan çox pul yığılıb.
Qeyd edək ki, o öz oyununu icarəyə götürdüyü çoxlu sayda abunəçi ilə Telegram kanallarında oynayıb. Məlum olub ki, o, 7 oxşar epizodda iştirak edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az