Güləşçimiz dünya çempionu oldu – YENİLƏNİBbackend

Güləşçimiz dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.

20:28

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb.

Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*