Belarusun Vitebsk müəssisəsinin baş direktoru Sergey Bolşakov alkoqolizmə və içki içməyə qarşı peyvəndin yaradılması istiqamətində görülən işlərdən danışıb.
KONKRET.az xəbər verir ki, Bolşakov hazırlanan vaksinin insana böyük dozada alkoqolun nəticələrinə daha asan dözməyə kömək edəcəyini bildirib.
Tədqiqatın aktuallığı ondan ibarətdir ki, ağıllı insanlar istehlak etdikləri spirt miqdarına nəzarət edə bilmədikləri üçün öz idarə etməyi itirirlər.
Bu səbəbdən müəssisənin rəhbərliyi alkoqolizmə qarşı peyvənd yaratmaq qərarına gəlib. Peyvənd insanın hədində artıq alkoqolizmə qurşanmasının qarşısını alacaq və spirtli içkiyə müqavimət göstərməyə kömək edəcək.
Bolşakovun sözlərinə görə, vaksin maddələr mübadiləsini bərpa etməyə yardımçı olacaq.
“Biz insana alkoqollu içkilərin qəbulunun nəticələrinə fizioloji şəkildə dözməkdə kömək etmək istəyirik. Peyvənd profilaktik olaraq aparılacaq, alkoqolun şok dozasının təsirinə qarşı müəyyən bufer formalaşacaq”, – deyə əlavə edib.
Qeyd edək ki, peyvənd laboratoriyada hazırlanır və hələ ki, klinik sınaqlardan keçməyib.
Bundan əvvəl amerikalı alimlər alkoqolizmə qarşı peyvənd ixtira etdiklərini elan ediblər.
Burhan,
KONKRET.az
