Danimarka Ukraynaya “F-16″lar GÖNDƏRDİbackend

Danimarka Ukraynaya "F-16"lar GÖNDƏRDİ

Qərb ölkələri Ukraynaya silah-sursat tədarükünü davam etdirir.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu dəfə Amerika istehsalı olan “F-16” qırıcılar Ukraynaya göndərilib.

Danimarkanın göndərdiyi “F-16″lar yalnız Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak edəcək. Bunu Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jensen bildirib:

“Biz silahı yalnız o şərtlə veririk ki, onlardan düşməni Ukrayna ərazisindən çıxarmaq üçün istifadə olunsun”.

Müdafiə naziri bildirib ki, bu qayda NATO-nun tədarük etdiyi bütün silah növlərinə şamil edilir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Ukraynaya 42 ədəd “F-16” təyyarəsi vermək niyyətində olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu, hələ başlanğıcdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*