“Daşnaksütyun” partiyasının üç nümayəndəsi həbs olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Kristne Vardanyan yazıb.
Çərşənbə günü səhər aparılan axtarışlardan sonra Daşnaksütyun partiyasının 3 üzvü polis bölmələrinə aparılıb.
“Bu gün səhər hüquq-mühafizə orqanlarının nümayəndələri “Daşnaksütyun”un ali orqanının sədrinin mənzilinə baş çəkiblər. Hazırda partiya sədri cinayət işi çərçivəsində şahid statusu alıb.
Partiyanın daha 3 üzvü polisə həbs olunub.
Vəkillər Sergey Arutyunyan, Arsen Babayan, Benik Qalstyan və Vaan Ovannisyan partiya üzvlərinin hüquqlarını müdafiə edirlər”, – deyə deputat yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
