DÇ-2026-nın loqosu təqdim olundubackend

DÇ-2026-nın loqosu təqdim olundu

FİFA  rəsmi internet saytında ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nın loqosunu təqdim edib. 

KONKRET.az xəbər verir ki, loqoda dünya çempionatının kuboku müxtəlif rənglərdə 26 rəqəminin dəfələrlə təkrarlanması ilə formalaşmış naxış fonunda əks olunub. Loqo Los-Ancelesdə (ABŞ) rəsmi tədbirdə təqdim olunub.

FİFA dünya çempionatının oyunlarına ev sahibliyi edəcək ABŞ, Kanada və Meksikanın 16 şəhərinin hər birinin loqolarının tezliklə ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

DÇ-2026 tarixdə 48 komandanın iştirak etdiyi ilk yarış olacaq. Daha əvvəl dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə titul qazanan Argentinadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*